beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göbələkli kartof yuvalar

Yuvalar üçün
1 kq kartof
2 yumurta
1 x.q. kərə yağı
100 ml isti süd
İç üçün:
200 q şampinyon
1 iri baş soğan
Sürtgəcdən keçirilmiş pendir
Duz(zövqə görə)
1 çimdik qara istiot
1 çimdik Provans otları
Hazırlanması
1. Təmizlənmiş kartofu iri doğrayıb qazana yığın, qaynar su və duz əlavə edin, hazır olanadək bişirin.
2.Suyunu süzün, süd, kərə yağı əlavə edib püre hazırlayın, yumurta vuraraq mikserlə çalın.
3. Göbələyi təmizləyib yuyun, saman kimi doğrayın.
4. Soğanı təmizləyib yarımhalqa doğrayın.
5. Göbələyi və soğanı bitki yağında qızılı rəng alanadək qovurun. Azca duz, qara istiot və italyan otları əlavə edin.
6. Kartofu konditer torbasına doldurun.
7. Yağlanmış və perqament döşənmiş siniyə torbadan yuvalar çıxarın: əvvəlcə yumru dib hazırlayın, sonra isə bir lay qırağına divar qoyun.
8. İçinə göbələkli iç doldurun, üzərinə pendir səpin.
9. 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:26 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Dünya mətbəxi