beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalançı dolma resepti

Yağlı qoyun əti ilə hazırlanmış yeməklər adətən təzyiqdən, mədə problemlərindən əziyyət çəkən şəxslər üçün kabusdur. Həkim-terapevt Jalə Şıxəliyevanın sözlərinə gorə, təzyiq, mədə xorası, həzm sistemindəki pozğunluqlardan əziyyət çəkən şəxslər maksimum dərəcədə bu yemək növündən uzaq durmalıdır. Eyni zamanda od kisəsində daş olanlar da ehtiyatı əldən verməməlidirlər. "Lakin yeməyin tərkibini dəyişib, süfrəyə qatıqla birgə təqdim etdikdə həmin insanlar da dada bilərlər. Burada vacib məqam xəstəliyin hansı səviyyədə və hansı ağırlıq dərəcəsində olmasıdır. Yeməyin tərkibini dəyişmək dedikdə isə qoyun ətinin mal əti ilə əvəzlənməsi və ya tamamilə istifadə olunmaması nəzərdə tutulur. Amma ümumilikdə, yemək təzyiqə təsir göstərməkdən daha çox həzm problemləri olan insanlarda çətinlik yarada bilir. Odur ki, həddi aşmamaqla bu ləzzətli milli təamdan hamı dada bilər”.

Yalançı dolmanın hazırlanma qaydası ilə tanış olun:
Yalançı dolmanın tərkibinə yumru duyu, quyruq, soğan, duz, istiot, nanə, şuyud, keşniş qatılır. Daha sonra əldə olunmuş içlik tənək yarpağına bükülür. Bu dolmanın hazır olma muddəti digərlərinə nisbətən daha tezdir.


Tarix: 29.11.2014 / 13:27 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Dünya mətbəxi