beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeynal xan Şamlı

Həyatı
Zeynal xan Süleyman xəlifə oğlu Şamlı elinin Bəydili oymağındandır. I Şah İsmayılın adlı-sanlı əmirlərindən idi. Öncə Astrabadın, 1513-cü ildən 1527-ci ilədək Heratın hakimi olmuşdu.

İskəndər bəy Türkman yazir: "Zeynal xan və qazilər öz ailələrini və köçlərini götürüb, Rey vilayətinə gəldilər. Übeyd xan Astarabadı öz oğlu Əbdüləziz xana verdi və Bəlx tərəfə yollandı. Özbəklərin tüğyan etməsi və onların Astarabadı istila etməsi [xəbərləri Şah Təhmasibin] uca ordusuna çatdıqda Əxi sultan Təkəlü, Ağzıvar xanın atası Dəmri sultan Şamlu və Şahəli sultan Ustaclu qızılbaş qoşununun bir dəstəsi ilə Zeynal xanın köməyinə göndərildi və onlar Reydə Zeynal xana qoşulub, birlikdə Astarabada sarı üz tutdular. Əbdüləziz xan onlara müqavimət göstərməyə tab gətirməyib, Astarabadı tərk etdi və atasının yanına getdi. Böyük əmirlər şəhərə daxil oldular. Übeyd xanın beyninin qəsrində qeyrət tüstüsü ucaldı və o, Bistam tərəfə qayıtdı. Əxi sultan, Dəmri sultan və Şahəli sultan mənqəlay şəklində Astarabaddan çıxıb, Bistam çəmənində Übeyd xanla üzləşdilər. Qızılbaş qoşunu üç min nəfərə çatmırdı. Özbək qoşunu isə iyirmi mindən artıq idi. Hərçənd o azsaylı dəstənin özbək padşahı ilə vuruşması ağıl qanununa müvafiq deyildi, amma özbəklərin əlləri onların yaxalarına çatdığından, əmirlər vuruşmaqdan savayı çarə tapmayıb, zərurət üzündən döyüş səfləri tərtib etdilər. Tərəflər arasında böyük bir döyüş və şiddətli bir vuruş baş verdi. Həqiqətən, o gün qorxusuz dilavərlər o dəhşətli savaş meydanında elə bir döyüş etdilər ki, zəmanə heyrət barmağını təəccüb dişləri arasına qoydu. Hələ də Bistam döyüşünün çətinliyi özbəklər arasında həm say-seçmə, həm də sadə adamların dillər əzbəridir. Əxi sultan dəfələrlə özünü Übeyd xanın [ordusunun] mərkəzinə vurub, az qaldı ki, onun [ordusunun] mərkəzini darmadağın etsin. Lakin [özbək ordusunun] mərkəz ("qol") hissəsindəki bahadırlar oxlardan yaylım atışları etməyə başladılar. Əxi sultan, təkəlü döyüşçülərindən bir çoxları ilə birlikdə ox zərbələri ilə həlak oldu. Übeyd xan zəfər qazandı. Dəmri sultan ələ keçirilib öldürüldü. Bu xəbəri alan Zeynal xan şəhərdə qala bilməyib, Firuzkuha getdi. Übeyd xan bu dəfə Astarabadı özbəklərin adlı-sanlı əmirlərindən olan Zəmiş bahadıra verib, Herata yollandı və ətrafa və yan-yörəyə pumavullar göndərib, həmin il Quryanda qışlaq etdi".[1]

Zeynal xan Şamlı Özbək sərkərdəsi Zeynəş sultanla savaşda öldürüldü. İskəndər bəy Türkman yazir:"Bu əsnada özbəklər arasında Zeynal xanın qətli xəbəri yayıldı. Xəbərdə deyilirdi ki, [Zeynal xan] Damğanda Səbzəvar hakimi Çəkürgə sultanla ittifaqda Zəmiş bahadırın üstünə gəlib, onunla döyüşmüşdür və ilahi qəzavü-qədər üzündən Zəmiş bahadır əvvəlcə məğlub vəziyyətə düşsə də, sonradan qalib gəlmiş, Zeynal xanla Çəkürgə sultan hər ikisi qətlə yetirilmişlər. Übeyd xan bu hadisədən sevindi və fərəhləndi".

Ailəsi
Oğulları

Sultan Mahmud mirzə Şamlı
Heydər bəy Şamlı


Tarix: 14.01.2015 / 17:29 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎