beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahmud xan Qaragözlü

Həyatı
Dövlət xadimi Mahmud xan Həmədani (?-1887) Qacarlar səltənətini gorkəmli səxsiyyətlərindən olan Qaragözlü tayfasının böyüklərindən idi. O, Əbulqasim xan Nasirulmulk Naibussəltənənin babasıdır.

Mahmud xan İran dovlətini bir sıra xarici dovlətlərdə təmsil edən bacarıqlı diplomatik numayəndə kimi fəaliyyət gostərmisdir. O, 1852-ci ildə İranın Sankt-Peterburqdaki səfirinin I muavini, sonra islər vəkili təyin edilmis və bu zaman ona "cənab" ləqəbi verilmisdir. (Cənab ləqəbi nazirlərə və bu vəzifəyə bərabər olan səxslərə verilirdi) O, bu vəzifədə 1855-ci-ilədək qalmıs, sonra Tehrana cağırılaraq, burada hərbci kimi fəaliyyət gostərmisdir. Ona Nasirulmulk ləqəbi isə (dovlətin koməkcisi-Ə.Ç.) mirpənc rütbəsini (general-leytenant-Ə.Ç.) aldıqdan sonra verilmisdir. (1858-ci il). Bu vaxtdan etibarən paytaxtın hərbi işləri, hərbi sənayesi ona tapsirilmis, Nasirəddin şah olkədə olmadığı muddətdə isə mərkəzi hərbi quvvənin ixtiyarı Mahmud xan Həmədanidə olmuşdir.

İran dovləti 1858-ci ilədək Bas nazir (sədri-əzəm) tərəfindən idarə olunurdu. Həmin il Nasirəddin şahın fərmanı ilə olkəni idarə etmək ucun 6 nazirlik yaradıldı: Daxili islər, xarici islər, maliyyə, qosun, ədliyyə, ovqaf və təqaud nazirliyi. Mahmud xan 1859-cu ildə yeni yaradılmıs ticarət və sənaye naziri təyin olundu. Bu tarixdən nazirliklərin sayı 7-ə catdı. O, həm də Dövlət Surasına uzv secildi. 1860-cı ildə İran dovləti Gilan yolunun tikilməsinin başa catdırılması məqsədilə Mahmud xanı bu isə cəlb etdi.

Hər bir sahədə olduğu kimi burada da ozunun təskilatcılıq bacarığını gostərən, ictimai xadim Mahmud xan 1862-ci ildə İranın İngiltərədə səlahiyyətli numayəndəsi təyin olunaraq Londona yola dusdu. O, 1864-cu ildə Tehrana cağırılmıs, lakin yenidən Londona qayıtmısdır.

Nasirəddin şah 1871-ci ildə dovlət qurulusunun təkmilləsdirilməsi ilə əlaqədar olaraq Darulsuraya yeni uzvlər daxil etdiyi zaman Mahmud xan Nasirulmulk də onlardan biri oldu. Bir li kecdikdən sonra İran dovlətinin Bas naziri Mirzə Huseyn xan Musiruddovlə Mahmud xanı oz muavini təyin etdi. Bununla da hərbi nazirliyin isləri onun sərəncamına verilmis oldu. O, əslində hərbi nazir idi və hərbi suranın rəisi vəzifəsini aparmağa başladı.

Nasirəddin şah Qacar 1873-cu ildə Avropaya ilksəfər etmis və yola dusməzdən əvvəl olkənin idarə olunmasını əmisi Fərhad mirzənin rəhbərliyi ilə 18 yaşlı oğlu Kamran mirzəyə tapsirmısdı. Mahmud mirzə isə ordunun butun islərinə rəhbərlik edirdi.

Mahmud mirzə bacarıqlı təskilatcı və ictimai xadim olmusdur. O, Nasirəddin şahın Avropaya 2-ci səfəri zamanı (1878-ci il) numayəndə heyətinin tərkibində sahı muşayət etmisdir. Bu zaman həm də Gilan hakimi idi.

Nasirəddin şahın böyuk oğlu Məsud mirzə Zilli Sultan Kurdustan və Kirmansahın hakimi olan zaman Mahmud mirzəyə hər iki hokumətin hərbi islərini tapsirmısdı. Iranın xarici islər naziri Mirzə Səid xan Ənsari 1884-cü ildə vəfat etdikdən sonra bu vəzifəyə, bir coxlarının istəyi olduğu halda, ingilis dovlətinin təsiri ilə Mahmud xan təyin edilmisdi. O, artıq Avropa dövlətlərində tanınmıs bir səxs idi. Nasirəddin şah 1886-cı ildə Xorasanda iğtisas bas verən zaman orada asayisi bərpa etmək ucun əvvəlcə oz bacısının əri Yəhya xan Müşiriddövləni gondərmək istədi, lakin ingilislərin onunla munasibəti yaxsı olmadığı və onu ruspərəst hesab etdikləri ucun bundan vaz kecdi. Mahmud xan həmin il Xorasanın general-qubernatoru (ostandar) təyin olundu və Fərmanfərma ləqəbini aldı. O, bu vəzifədə 18 ay qaldı, 1887-ci ilin sentyabr ayında Tehrana qayıtdı və iki aydan sonra iflic xəstəliyindən vəfat etdi. Onun butun var-dövləti, ləqəbi, ordenləri nəvəsi Əbulqasim xana verilmişdir.


Tarix: 14.01.2015 / 17:20 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎