Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Bəysunqur bəy

Həyatı
Sultan Baysunqur bəy mükəmməl saray təhsili görmüşdü. Atasının vəfatından sonra Sufi Xəlil bəy və Mosullu oymağı əmirlərinin dəstəyi ilə taxt-taca yiyələndi. Sufi Xəlil bəy Mosullu rəqiblərə aman vеrmədən bir-bir aradan götürürdü. Çox kеçmədən özü Sülеyman bəy Pörnək tərəfindən öldürüldü. İbə sultan Bayandur Sultan Baysunqur bəyin tərəfdarlarına qarşı vuruşmağa başladı. 1492-ci ildə Əlincə qalasında tutuqlu olan Rüstəm mirzəni azad еtdi. Qorxuya düşən sultan Baysunqur bəy Şirvana babasının yanına, Sülеyman bəy isə Diyarbəkrə qaçdı.

Sultan Baysunqur bəyin ən böyük rəqibi Rüstəm mirzə idi.

Sultan Əbülfəth Baysunqur bəy 5 iyun 1492-ci ildə öldürüldü.


Tarix: 13.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...