beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqbalüssəltənə Murtuzaqulu xan Bayat (kitab)

Kitabın mövzusu
Yazıçı-jurnalist Ənvər Çingizoğlunun “İqbalüssəltənə Murtuzaqulu xan Bayat” (tarixi-bioqrafik tədqiqat) adlı kitabı çapdan çıxıb.

Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Tofiq Həsənov, rəyçilər tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Gültəkin Nəcəflidir.

Kitab XVIII əsrin ikinci yarısı - XX əsrin əvvəllərində mövcud olmuş Azərbaycanın ən uzunömürlü xanlıqlarından biri olan Maku xanlığının sonuncu hakimi Murtuzaqulu xan Bayatın həyat salnaməsindən bəhs edir. Kitabda onun şəxsiyyəti barədə ətraflı məlumat verilib, Maku xanlığının genişlənməsi, maariflənməsi yolunda fəaliyyəti təsvir olunub.

Kitabdakı fakt və məlumatların əldə edilməsində rus, türk, gürcü tarixi mənbələrindən, o cümlədən rus səyyahı və diplomatı S. D. Burmaşovun “İranda Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti“ əsəri, V.F.Minorskinin “Otçet o poezdke v Makinskoe xanstvo v 1905 q.” əsərindən istifadə olunub.

Əsərin önəmli cəhəti ondadır ki, mövzu ilk dəfədir ki, tədqiq olunur. Nəşr tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Tarix: 12.01.2015 / 18:33 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycan xanlıqları