beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanlığı geri almaq cəhdləri

1794-cü ildə Məhəmmədhəsən xan, Quba xanı Şeyxəli xan və Şirvan xanlığına iddialı Qasım xan birlikdə Ağsu üzərinə hücum etdilər. Ağsu bir neçə ay mühasirədə qaldı. Bir gün güclü yağış yağdı və sel çadırların böyük bir hissəsini məhv etdi. Ordunun vəziyyəti pisləşdi. Mühasirə altında olanlar Sərdərin mahalının naibi Ömər sultanın başçılığı ilə mühasirə edənlərə qarşı hücuma keçdilər. Şeyxəli xan və Məhəmmədhəsən xan öz xanlıqlarına qayıtdılar. Qasım xan isə Quba və Şəki arasındakı Qaraburqa dağında məskunlaşdı. 1795-ci ildə V. Zubovun yürüşü zamanı Qasım xan Hovuz mahalının naibi Yüzbaşı bəyin köməyi ilə Qaraburqa dağından endi və Ağsu şəhərinin yaxınlığında düşərgə salmış qraf Valeryan Zubovun hüzuruna gəldi. Qraf Valeryan Zubov onu Şirvan xanı kimi tanıdı. Yenidən xan olmuş Qasım xan 1796-cı iləcən yenidən hakimiyyətdə qaldı və sonra Şəkiyə qaçdı.


Qasım xan 1828-ci ildə İranda və Bəhrud deyilən yerdə dəfn edilmişdir.


Tarix: 10.01.2015 / 18:00 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Azərbaycan xanlıqları