beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ənvər Çingizoğlu

Ənvər Çingizoğlu (tam adı: Fərəcov Ənvər Çingiz oğlu; d. 10 may 1962, Füzuli, Azərbaycan SSR, SSRİ) — yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar, Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvü; "Qızıl qələm" mükafatı laureatı (2012).
Həyatı
Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Füzulidə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır.

Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mət­buatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.

Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", Xurşidbanu Natəvan, Nəvvab, "Nida" adlı televiziya filmləri çəkilib.

Ənvər Çingizoğlu 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də "Soy" dərgisinin baş redaktorudur.

Ənvər Çingizoğlu respublikada və xaricdə dərc edilmiş 260-a yaxın məqalənin müəllifidir. Bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.


Tarix: 11.02.2015 / 15:56 Müəllif: Feriska Baxılıb: 104 Bölmə: Azərbaycan tarixçiləri