beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aydın Qasımlı

Həyatı
1946-cı ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, elə həmin il Şərqşünaslıq fakültəsinin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunun (indiki M.Füzuli Adına Əlyazmalar İnstitutu) əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək “filologiya elmləri namizədi” alimlik dərəcəsi almışdır. 1980-ci ilə qədər Əlyazmalar Fondunda baş elmi işçi vəzifəsində çalışmış, 1980-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili müəllimi seçilmiş, 1993-cü ilə qədər orada əvvəl müəllim, sonra isə baş müəllim və dosent kimi “Azərbaycan ədəbi dili tarixi” və “Müasir Azərbaycan dili” fənlərindən dərs demişdir.

1993-cü ildə özü tərəfindən saxta hesab olunan ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Avropa Şurası tərəfindən siyasi məhbus statusu aldıqdan sonra 2002-ci ildə dövlət başçısının əfv fərmanı ilə vaxtından əvvəl (8 il yarımdan sonra) azadlığa buraxılmışdır. Həbsdən sonra çoxsaylı şifahi müraciətlərinə baxmayaraq heç bir yerdə işlə təmin olunmamışdır.

Elmi və publisistik yaradıcılığı
Türk tarixi və mədəniyyəti, həmçinin fəlsəfi və milli-ideoloji mövzularda dəyərli əsərləri var və öz tədqiqatlarını uğurla davam etdirir. Yüzlərlə elmi, elmi-metodiki və publisistik məqalənin və 5 kitabın müəllifidir. Hazırda “Tüküstan qəzrti”nin daimi yazarıdır.

İctimai-siyasi fəaliyyəti
1980-ci illərin axırlarında Azərbaycanda formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Hazırda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin strateji məsələlər üzrə müavini, İdarə Heyətinin üzvüdür.

Kitabları
1. Güney Azərbaycan: dünən, bu gün, sabah. Bakı-2005.

2. Dünyanın tacı türklər. Tarixi, siysi-ideoloji əsər. Bakı, “Zərdabi LTD”, 2006. 352 s.

3. O və biz. Bakı, “Elm”, 2009. 464 s.

4. Güney Azərbaycan türkləri son 100 ildə. Bakı, “Adiloğlu”, 2012. 204 s.

5. Türklər. Tarixi oçerklər. Bakı, “E.L.”, 2012. 532 s.


Tarix: 09.02.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 127 Bölmə: Azərbaycan tarixçiləri