Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aleksandr Makovelski

Həyatı
Aleksandr Osipoviç Makovelski 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur. Makovelski Qrodno şəhərində klassik gimnaziyanı qızıl medalla bitirməklə bərabər bütün digər tədris proqramları üzrə yüksək bilik səviyyəsində təhsilini başa vurmuşdur. Sonra o, Kazan Universitetinin tarix-filologiya fakültəsinə qəbul olmuşdur. Kazan Universiteti öz dövründə yüksək ali təhsil səviyyəsi, səriştəli və böyük elmi-tədris nailiyyətlərinə malik müəllim heyəti, həmçinin demokratik ənənələri ilə məşhur olan bir tədris müəssisəsi sayılırdı. Makovelskinin elmi-maraq dairəsi ali təhsil aldığı dövrdə daha da genişlənmişdir. Onun əsərlərində psixologiya, pedaqoqika, etika, məntiq sahələri əhatə olunmaqla, özünün daha doğma və yaxın mövzusu qədim yunan fəlsəfəsi əks olunmuşdu. Qədim yunan, latın, alman, ingilis, fransız, italyan, polyak, çex dillərini dərindən bilməsi Makovelskinin fəaliyyət sahəsinin genişlənməsinə səbəb olmuşdur.

Makovelski daima öz biliklərini təkcə tarix-filologiya sahəsində deyil, təbiət və dəqiq elmləri də geniş öyrənirdi, xüsusilə astronomiya, biologiya, riyaziyyat elmləri bölməsi ilə də məşğul olmağa vaxt tapırdı. O, yüksək səviyyədə riyaziyyat-cəbr və həndəsəni bilirdi, bundan istifadə edərək istənilən çətin mövzünü asan və başa düşülən formada məruzə və mühazirələrdə dinləyiciyə izah edə və çatdıra bilirdi. 1904-cu ildə üçüncü kurs tələbəsi Makolevski Kazan Universitetinin 100-illik yubileyində Safoklun Antiqona faciəsində dramatik konfliktə yeni baxışların dəyərləndirilməsi- adlı əsərinə görə medalla mükafatlandırılmışdır.


Tarix: 09.02.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 117 Bölmə: Azərbaycan tarixçiləri
loading...