beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alı Balayev

Həyatı
Alı Məhəmməd oğlu Balayev 1966-cı ildə Bakı şəhərində anadan olub, 1973-cü ildə 1-ci sinfə gedib. 1983-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix, əlavə Sovet Hüququ fakültəsinə qəbul olunub.
1985-87-ci illərdə ordu sıralarında xidmətdə olub. Ordudan tərxis olduqdan sonra təhsilimi davam etdirib. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix, əlavə Sovet Hüququ fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1990-91-ci illərdə Marksizm-Leninizm İnstitutunun arxivində arxivarius vəzifəsində işləyib.
1992-94-cü illərdə “Cənub” kiçik müəssisəsində direktor müavini, 1994-96-cı illərdə Azərbaycan İqtisad Universitetinin siyasi tarix kafedrasında laborant işləyib.
1994-97-cı illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında “Vətən tarixi” üzrə təhsilini davam etdirib.
1996-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinə qəbul olub. 2000-ci ildə həmin Universitetin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1996-2001-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında xidmət edib.
2003-cü il oktyabrın 29-nda “Azərbaycanda ictimai-iqtisadi və siyasi vəziyyət (1985-1995-ci illərdə)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Hazırda «Azərbaycan Respublikası ictimai-siyasi həyatı (1995-2006-cı illər)» adlı doktorluq dissertasiyası üzərində işləyir.
1 monoqrafiyası, 2 proqramı və 40 elmi məqaləsi çap olunub.
Hazırda A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyir.

Kitabları
Azərbaycanda ictimai-iqtisadi və siyasi vəziyyət (1985-1995-ci illər). Bakı, Nurlan, 2005. -190 s.
Respublikada nəqliyyat və rabitənin inkişafı. Heydər Əliyev iki cilddə. Həmmüəllif. 1-ci cild. Bakı, 2013, s.156-170.
Proqramlar
Dünya dinləri fənni üzrə proqram. Bakı, 2003, 16 s.
Konfliktologiya fənni üzrə proqram. Bakı, 2008, 19 s.


Tarix: 09.02.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 156 Bölmə: Azərbaycan tarixçiləri