Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rahim Nuriyev

Nuriyev Rahim İbrahim oğlu — Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, tarixçi, müəllim.

Həyatı
Rahim Nuriyev 15 mart 1955-ci ildə Lənkəran rayonunun Darquba kəndində müəllim ailəsində anadan olub. İlk təhsilini Darquba və Kərgəlan məktəblərində alıb. Lənkəran pedaqoji məktəbini (1974), Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini (1986) bitirib. 1973-cü ildə əmək fəaliyyətinə, 1974-cü ildə pedaqoji fəaliyyətə başlayıb.

1975-1977-ci illərdə hərbi xidmətdə olub. Lənkəranın müxtəlif məktəblərində müəllim və Cəlilabad rayonunda İcra hakimiyyəti başçısı (1992-1993) işləyib. Hazırda Lənkəran şəhəri 9 saylı orta məktəbdə müəllim işləyir. Lənkəran bölgəsində milli-demokratik hərəkatın təşəbbüsçüsü, təşkilatçısı və liderlərindən biri olub.

1990-cı il yanvar hadisələri zamanı Lənkəranda "Elin səsi" qəzetinin nəşrini və həmçinin imperiyanın təcavüzkar siyasətini ifşa edən televerilişlər təşkil edib. Lənkəran Müəllimlər Cəmiyyətinin sədridir. Evlidir, 3 övladı var.


Tarix: 11.02.2015 / 13:30 Müəllif: Feriska Baxılıb: 118 Bölmə: Azərbaycan tarixçiləri
loading...