Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Əlibəyli

Həyatı
Həsən Əlibəyli 1940-cı ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra 1958-59-cu illərdə həmin fakültənin dekan köməkçisi vəzifəsində işləmişdir.

1959-1963-cü illərdə Əfqanıstanda fars dili mütərcimi, Əfqanıstan üzrə ekspert kimi vəzifələri icra etmişdir. 1964-1967-ci illərdə SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında oxumuş və 1967-ci ildə həmin institutda “Əfqanıstanın xarici siyasətinin əsas problemləri (1946-1966-cı illər)” adlı namizədlik dissertasiyasını vaxtından dörd ay əvvəl müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almağa layiq bilinmişdir.

1967-1972-ci illərdə İranda metallurgiya zavodunda baş mühəndisin köməkçisi və ictimai əsaslarla SSRİ-nin İsfahandakı Baş Konsulluğunda Protokol məsələləri üzrə attaşe vəzifəsində işləmişdir. 1972-ci ildən 1992-ci ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, baş elmi işçi və İran tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-95-ci illərdə Azərbaycan Respublikasının İrandakı səfirliyində müşavir və 1993-95-ci illərdə Azərbaycan Respublikasının İranda müvəqqəti işlər vəkili vəzifəsində işləmişdir.

1989-cu ildə SSRİ Xarici İşlər Naziriliyinin Diplomatiya Akademiyasında “İranın həmsərhəd Şərq ölkələri ilə siyasi münasibətləri (problemlər və təmayüllər)” adlı doktorluq dissretasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

Elmi yaradıcılıq
Həsən Əlibəyli 6 monoqrafiyanın müəllifidir. Bundan başqa 120 adda məqaləsi ölkəmizdə və xaricdə müxtəlif elmi jurnal və toplularda çap olunmuşdur.

Hal-hazırda AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri vəzifəsində çalışır.

Beynəlxalq Siyasi Elmlər Akademiyasının üzvüdür.

Əsas elmi əsərləri
"Основные проблемы внешней политики Афганистана (1946-1966 гг.)", М., "Наука", 1979
Иран и сопредельные страны, М., «Наука»,1989 – 267 стр.
Внешняя политика Афганистана (1946-78 гг.), М., «Наука», 1979, 208 стр. (xidməti istifadə üçün)
Tarixin dörd günü (Prezident Heydər Əliyevin İrana rəsmi səfəri ilə bağlı), Tehran, 1994, 180 s.
Diplomatiya, Ensiklopedik lüğət, Bakı, 2005-ci il, 578 s. (müəllflər kollektivi)
İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), (çapa hazırlanıb)
Beynəlxalq münasibətlərin qlobal problemləri (məqalələr toplusu), Bakı, 2006, 241 s.


Tarix: 09.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 131 Bölmə: Azərbaycan tarixçiləri
loading...