Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəfər İbrahimov

Həyatı
Cəfər Məmməd oğlu İbrahimov 15 iyun 1904-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur.

Cəfər İbrahimov 1939-1940 illərdə müəllim işləmişdir. O, 1941-1943 illərdə Bakı şəhəri, Çaparidze rayon partiya komitəsində şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. Cəfər İbrahimov 1943-1977 illərdə Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Tarix fakültəsinin dekanı, SSRİ tarixi kafedrasının müdiri olmuşdur.

Cəfər İbrahimova 1972-ci ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir.

Cəfər İbrahimov 2 mart 1977-ci ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti
Cəfər İbrahimov orta əsrlər dövrü tarixinin tədqiqatçılarından idi. O, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövləti haqqında bir sıra qiymətli tədqiqat əsərlərinin müəllifidir.

Əsas elmi əsərləri
Qaraqoyunlu dövləti. Bakı, 1948.
Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958.
Феодальные государства на территории Азербайджана XV века, Баку, 1962.


Tarix: 09.02.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Azərbaycan tarixçiləri
loading...