Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşid bəy İsmayılov

İSMAYILOV Rəşid bəy Əsəd oğlu (1.877, İrəvan – 1941, Bakı) – publisist, tarixçi və pedaqoq.

Həyatı
İrəvan müəllimlər seminariyasmı bitirmiş, "Şərqi-Rus" qəzetində fəaliyyətə başlamışdır. Bununla yanaşı, Qafqazda və Rusiyanın mərkəzində çap olunan rusdilli mətbuatda ("Sankt-Peterburqskiye vedomosti" və s.) məqalələr dərc etdirmişdir. Dövrün görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və b. ilə sıx əlaqələri olmuş, onlarla birlikdə fəaliyyət göstormiĢdir. "ġərqi-Rus" qəzetinin nəĢri dayandırıldıqdan sonra "Novoye obozreniye" qəzetinin müsəlman həyatı və Yaxın ġərq Ģöbələrinə rəhbərlik etmiĢdir. "Müxtəsər Qafqaz tarixi və Zaqafqaziyada zühur edən məĢhur türk ədib və Ģairlərinin müxtəsər tərcümeyihalları" kitabını (Tiflis, 1905) yazmıĢ, Z.Antonovun "Koroğlu" pyesini gürcü dilindən çevirmiĢdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər ġurasında məsul vəzifədə çalıĢmıĢdır. Cümhuriyyətin süqutundan sonra Bakıdakı 18 nömrəli məktəbdə tarix müəllimi işləmişdir. 1923 ildə "Azərbaycan tarixi" adlı kitabı çap olunmuĢdur. Əsərdə "Mavərayi-Qafqazın elani-istiqlalı" hissəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, "Azərbaycan Cümhuriyyəti" bölməsi isə bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr edilmişdir.

Əsərləri
Azərbaycan tarixi, B., 1993.


Tarix: 11.02.2015 / 13:30 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Azərbaycan tarixçiləri
loading...