beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulu Xəlilov

Həyatı

Qulu Xəlilov 1930-cu ildə indiki Ermənistan SSR-nin Sisyan rayonunun Qızılcuq kəndində anadan olub.

1948-ci ildə ailəsi oradan məcburən Ağcabədi rayonun Poladlı kəndinə köçürülmüşdür.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirəndən sonra, aspiranturada oxumuşdur. Qulu Xəlilli ""Vaqif pyesi və tarixi dram janrı" mövzusunda namizədlik, sonralar isə "Azərbaycan romanının inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Bir müddət AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Qulu Xəlilli sonralar ADU-nun (indiki BDU) professoru kimi çalışmışdır.

Qulu Xəlilov 1995-ci ildə Bakıda vəfat edib. Onuu ikinci Fəxri Xiyabanda dəfn etmək qərara alınsa da vəsiyyətini və ailəsinin istəyini nəzərə alıb onu öz atasının yanında - Xəzər rayonunun Şağan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediblər.
Yaradıcılığı

Qulu Xəlilovun yaradıcılığında insan amili, xalqın mənafeyi hər zaman ana xətlə keçib. Onun "Yaşamaq istəyirəm", "Qocaların söhbəti", "Qulun yaman kişnədi", "Müəllimə", "Hörümçək", "Tənha palıd", "Bir də gəlmə" və digər əsərləri oxucuların stolüstü kitabına çevrilib. Sonradan bu siyahıya istedadlı qələminin gücü ilə ərsəyə gələn "Ömrün baharı", "Atam və mən" kimi romanları, "Yaylaqda", "Qocaların söhbəti", "Umusuq" və s. hekayələri də qarışıb

Qulu Xəlilovun "Yaşamaq istəyirəm" adlı aftobioqrafiq povesti böyük bir nəslin tərbiyəsində mühüm rol oynayıb
Mükafatları

Əməkdar mədəniyyət işçisi — ?
Əməkdar elm xadimi — ?

Əsərləri
Elmi və publisistik əsərləri

“Rəsul Rza” (1960)
“Böyük sənət uğrunda” (1960)
“Vaqif” pyesi və tarixi dram janrı” ( 1964)
“Sənət və sənətkar” (1964)
“Azərbaycan romanının inkişaf tarixindən” (1973)
“Həyat yaradıcılıq çeşməsidir” (1974)
“Həyat və idrak” (1980)
“Həyatdan gələn səslər” (1981)
“Torpağın ətri” (1984)

Bədii əsərləri

"Yaşamaq istəyirəm". Sənədli povest. Azərnəşr, Bakı 1968
"Atam və mən". Povestlər və hekayələr. "Gənclik", Bakı 19?
"Mələk xala". Hekayələr. "Gənclik", Bakı 1969
"Həyatdan gələn səslər". Hekayələr, oçerk və portretlər. "Gənclik", Bakı 1984
"Ömrün baharı". Povest və hekayələr. "Gənclik", Bakı 1987

Məqalələri

Qulu Xəlilov. "Sadə və mənalı" (az). Cabir Novruzun web səhifəsi. cabirnovruz.gen.az. İstifadə tarixi: 2014-09-22.

Haqqında çəkilmiş film

"Yaşamaq istəyirəm"... Qulu Xəlilov (film, 2013)


Tarix: 06.07.2015 / 18:01 Müəllif: Feriska Baxılıb: 347 Bölmə: Azərbaycan coğrafiyası