beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hidayət Rüstəmov

Həyatı

19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olur.
Döyüşlərdə iştirakı

Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi...23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.
Ailəsi

Subay idi.
Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.


Tarix: 06.07.2015 / 15:54 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Azərbaycan coğrafiyası