beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlya Safonov

Həyatı

İlya Safonov 1913-cü ildə Rusiyanın Krasnodar diyarı Kurqan rayonunun Novomixaylovskaya stansiyasında anadan olub. Milliyətcə rusdur. 1943-cü ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kapitan, 320-ci atıcı diviziyanın 478-ci minomyot alayının komandiri İlya Safonov Dnepr çayının alınmasında fərqlənmişdir.

3 iyun 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin, A.Nevski ordenləri və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibə qurtardıqdan sonra Bakı şəhərində təyyarə meydanında dispetçer işləmişdir.

17 mart 1967-ci ildə vəfat etmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.


Tarix: 06.07.2015 / 17:51 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Azərbaycan coğrafiyası