beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağa Nemətulla

Həyatı

Ağa Nemətulla 1896-cı ildə Güney Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. SSRİ neft sənayesi yenilikçisidir.

SSRİ dövlət mükafatı laureatıdır (1947 – 1951).

1927–ci ildən sovet İKP üzvü olub.

1915-ci ildə Bakıda Ramana neft mədənlərində işləməyə başlamışdır.

1932-ci ildə qazma ustası olmuş, sonralar Putada sahə rəisi, qazma kontorunun direktoru, TRES müdiri,

1956-58-ci illərdə Azərbaycan dəniz neft kəşfiyyatı TRESTinin 1 nömrəli GÜRGAN qazma kontorunda buruq ustası işləmişdir.

1942-43-cü illərdə Özbəkistan SSRdə neft quyularında qazılmasında iştirak etmişdir.

A.Nemətulla turbinlə mayili və iki lüləli qazmanın yaradıcısı hesab edilir.

1941–ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə mayili quyu qazmışdır.

SSRİ Ali Sovetinin (1-ci çağırış) Az-n SSRİ Ali Sovetinin (2-4-cü çağırış) deputatı olmuşdur.

2 dəfə Lenin ordeni və 2 başqa ordenlə təltif edilmişdir.

Ağa Nemətulla 1958–ci ildə Bakıda vəfat etmişdir.

Bakıda mərkəzi küçələrdən biri Ağa Nemətullanın adını daşıyır.


Tarix: 06.07.2015 / 16:33 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Azərbaycan coğrafiyası