Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhram Ağayev

Ağayev Bəhram Cəfər oğlu — peşəkar inqilabçı, İranda Məşrutə inqilabı və 1-ci Rusiya inqilabının iştirakçısı , "Ədalət" təşkilatının yaradıçılarından biri və MK-nın sədri. RSDFP-nın üzvü.

"Ədalət" təşkilatının yaradıçılarından biri olan Ağayev Bəhram Cəfər oğlu 1884-cü ildə İranda anadan olmuşdur.

1904 ildən Sov.İKP üzvü. 1903 ildə inqilabi hərəkata qoşulmuş, Bakı proletariatının 1904 il dekabr ümumi tətilində, 1905-07 illər inqilabında iştirak etmişdir. 1905-11 illər İran inqilabının iştirakçılarından idi. Bakı Sovetinin (1917), RK(b)P BK-nın üzvü olmuşdur. 1918 ildən "Ədalət"-in sədri seçilmişdi. Gilan inqilabının iştirakçısı idi. AK(b)P MNK Rəyasət hey'əti və Azərbaycan SSR MİK üzvü seçilmişdir. Lenin ordeni ilə təltif edilmişdir..


Tarix: 06.07.2015 / 17:33 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycan coğrafiyası
loading...