Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan coğrafiyasıHüseyn sultan Kəngərlinski

Həyatı

M.T.Sidqinin oğlu Məmmədəli Sidqinin xatirələri öz məzmun və mündəricəsi etibarilə digərlərindən fərqlənir. Xatirələrdə M.T.Sidqinin pedoqoji və maarifçilik fəaliyyətindən, «Əxtər» məktəbini, «Məktəbitərbiyə»ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətinliklərdən bəhs edilir. M.Ə.Sidqi yazır ki, «o zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi oldu¬ğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan «Nasiri», Bağçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi «Tərcüman», İstanbulda çıxan «Əxtər» qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri Ardı »

Azərbaycan coğrafiyasıAlqayıt - Həyatı

Aşıq Alqayıt 1940-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının Ardı »

Azərbaycan coğrafiyası1922-1929-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və mühəndis-mem

Mirəli Seyidəli oğlu Qaşqay — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945-1962, 1967-1974).
Həyatı

Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını, 1942-ci ildə isə "Azərbaycanın əsas və ultraəsas süxurları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Akademik M.S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür.

Onun Ardı »

Azərbaycan coğrafiyasıHəsən Abdullayev

Abdullayev Həsən Məmmədbağır oğlu (1918-1993) — Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.
Həyatı

Həsən Abdullayev 20 avqust 1918-ci ildə Naxçıvan MR-nın Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1970-1983-cü illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1957-1958-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat İnstitutunun (indiki Fizika İnstitutu) direktoru vəzifəsində işləmişdir. 1959-1993-ci illərdə Azərbaycan EA Fizika İnstitutu direktoru vəzifəsində işləmişdir. 1968-1970-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika bölməsinin akademik katibi olmuşdur. 1967-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. 1970-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı, Ardı »

Azərbaycan coğrafiyasıXəlil Rza Ulutürk

Həyatı

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində (kənd indi Neftçala rayonuna daxildir) dünyaya gəlmişdir. 2 saylı Salyan şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. İlk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etmişdir.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi Ardı »

Azərbaycan coğrafiyasıZərifə Əziz qızı Əliyeva

Həyatı
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır.

Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısıdır.
Həkim Əziz Əliyevin qızıdır.

Tibbi fəaliyyəti

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir Ardı »

Azərbaycan coğrafiyasıMəhəmməd Cahan Pəhləvan

Həyatı

Səlcuqların İraq Sultanlığı əsasında XII əsrin ortalarında Azərbaycan Atabəylər dövləti yaranır. İl-Dənizin oğlu Nüsrət Əd-din Məhəmməd Cahan Pəhləvan 1175-ci ildə Azərbaycan Atabəylər dövlətinin İl-Dənizlər sülaləsindən ikinci hakimi olur. Onun zamanında bu dövlət daha da möhkəmlənərək tanınır, atabəylərin hökuməti sabitləşir.

Cahan Pəhləvan həmin sülalənin banisi Şəms Əd-Din İl-Dənizlə Mömünə xatunun (səlcuq sultanı II Toğrulun dul qadını) oğludur. O öz gəncliyini hərbi yürüş və döyüşlərdə keçirmiş və erkən yaşlarından hərbi işi, həmçinin dövlət idarəçiliyini və diplomatiya sənətini də yaxşı mənimsəmişdir. Hələ uşaq yaşlarından o, cəngavər gücünə malik olması ilə seçilirdi. Bu günə qədər də xalq arasında atasının Novruz bayramları şənliklərində keçirdiyi güləş yarışlarında onun Ardı »

Azərbaycan coğrafiyasıƏmir Bəhlul - Həyatı

Əmir Şeyx Bəhlul Dərbəndi — Şirvanşah şahzadəsi, Sultan Məhəmməd Dərbəndinin oğlu, I İbrahimin qardaşı, Şirvan ordusunun baş komandanı.
Həyatı

Bəhlulun doğum tarixi məlum deyil. Uşaqlığı atası və qardaşı ilə Şəkidə gizlənərək keçmişdir.Qardaşı I İbrahimin dövründə Şirvan ordusunun baş komandanı təyin olunmuşdur. Çalağan döyüşündə Şirvan ordularına başçılıq etmiş, məğlub olduqdan sonra 200 tümən can bahası tələb olunmuşdu. Bəhlulun ölüm tarixi məlum deyil. Oğlu Əmir Təhmuras daha sonralar onun kimi sərkərdə olmuşdur. Ardı »