beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqovun sözlərinə görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb: "Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Bu il həmin insanlarla bağlı kitabın və CD–nin buraxılacağı da planlaşdırılır".

F. Sadıqov deyib ki, son 4 ildə 800-ə qədər insanın taleyi müəyyən olunub: "İndiyədək həmin insanlar itkin hesab olunurdular. Onlardan bir qismi dünyasını dəyişib. Onların dəfn edildiyi yerlər müəyyən olunub".

İşçi Qrupunun rəhbərinin sözlərinə görə, Ermənistan tərəfi əsir və itkinlərlə bağlı əməkdaşlığa maraq göstərmir: "Sözügedən əməkdaşlığa hamı maraq göstərir. Amma əməkdaşlığın əsasında konkret faktlar dayanmalıdır. Bu danışıqların bir nəticəsi yoxdursa, o sadəcə, ekskursiyaya bənzəyir. Bu məsələdə biz konkretliyə üstünlük veririk. Dəfələrlə erməni tərəfi ilə görüşümüz olub, amma nəticəsi olmayıb".


Tarix: 27.01.2015 / 15:41 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Azərbaycanın müharibələri‎