beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aynur Əliyeva

Həyatı
Aynur Tahir qızı Əliyeva 1987-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olmuşdur.O,hələ kiçik yaşlarından idmanın cudo novü ilə məşğul olmağa başlamışdır.Onun məşqiçisi SSRİ idman ustası Nazim Təhməzov Aynurun qeyri- adi bacarığını,əsil idmançılara məxsus xarakterini duyaraq onunla fərdi məşqlər aparmış,Aynurun məharətinin üzə çıxmasına çalışmışdır.

Aynur Əliyeva ilk vaxtlar bir sıra respublika əhəmiyyətli yarışlarda iştirak edərək uğurlar əldə etsə də,nəticələr onun ürəyincə olmamışdır.O,2006-cı ildə Türkiyədə,2007-ci ildə Gürcüstanda cudo üzrə qadınlar arasında keçirilən mötəbər yarışlarda III yeri tutmuşdur.

Gərgin məşqlər, məşqiçi tövsiyələridən sonra Aynur Əliyeva 2011-ci ildə Bakı şəhərində qadınlar arasında keçirilən cudo üzrə respublika turnirində birinci yeri tutaraq Azərbaycan çempionu adını qazandı


Tarix: 23.01.2015 / 15:44 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Azərbaycanın müharibələri‎