beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmsəddin Nəcəfov

Həyatı
Şəmsəddin Həsən oğlu Nəcəfov 26 fevral 1929-cu ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşşdur. O, 1937-1947 illərdə Ağdam 1 saylı orta məktəbində oxumuşdur. Şəmsəddin Nəcəfov 1949-cu ildə Ağdam İkiillik Pedaqoji İnstitutunun Coğrafiya-kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, hələ Ağdam İkiillik Pedaqoji İnstitutunda təhsil aldığı illərdə baş laborant vəzifəsində işləmiş, institutu qurtardıqdan sonra həmin təhsil ocağının kimya laboratoriyasının müdiri vəzifəsində saxlanılmışdır. O, eyni zamanda Ağdam 1 saylı orta məktəbində kimya müəllimi işləmişdir. [1]

Şəmsəddin Nəcəfov 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Botanika İnstitutunun bitki fiziologiyası şöbəsində baş laborant, kiçik elmi işçi (1956) vəzifələrində işləmişdir. [2]

O, 1959-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1963-cü ildə "Quraqlıq şəraitində Abşeronun ağac cinslərinin səmərəli suvarılma və gübrələnməsinin fizioloci əsaslandırılması" mövzusunda dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonra o institutun baş elmi işçisi adına layiq görülmüşdür.[3]

Şəmsəddin Nəcəfov eyni zamanda 1959-1961 illərdə Marksizm-Leninizm Universitetində təhsil almışdır. O, Uzun illər su rejimi laboratoriyasına rəhbərlik etmişdir.

Elmi fəaliyyəti
Şəmsəddin Nəcəfov 100-ə yaxın elmi əsərin müəllifidir.

Şəmsəddin Nəcəfov tərəfindən suvarma məqsədilə quyu sularından istifadənin mümkünlüyü müəyyən olunmuşdur.

O, "Bilik" cəmiyyətinin xətti ilə kənd təsərrüfatı məsələlərinə dair respublikada və respublikadan kənarda çıxışlar etmişdir.


Tarix: 23.01.2015 / 19:02 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycanın müharibələri‎