beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çingiz Qaraşarlı

Həyatı
Çingiz Qaraşarlı 1951-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dillər Universitetini bitirmiş və bir neçə il orta məktəbdə ingilis dili müəllimi işləmişdir. 1979-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunda kiçik elmi işləmiş, orada "Oğuz qrupu türk dillərində fel tərzləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən Azərbaycan Dillər Universitetində işləyir. Çingiz Qaraşarlı "Qədim yunan, roman, kelt və german dillərində türkizmlər (Etrusklar danışmağa başlayır)" (2005) və "Aralıq dənizi hövzəsinin erkən sakinləri – Türklər" (2009) adlı kitabların müəllifidir. O, Aralıq dənizi regionunda danışılmış etrusk, troyan, pelasq və başqa dillərə məxsus onomastika və yazılı abidələri tədqiq edərək, həmin dillərin türk mənşəli olması qərarına gəlmişdir. 2009-cu ilin noyabr ayında bu mövzuda doktorluq dissertasiyası müdafiə etmişdir.


Tarix: 23.01.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanın müharibələri‎