beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Cəfərov

Vaqif Cəfərov (18 aprel 1949, Şuşa - 20 noyabr 1991, Ağdam rayonu, Mərzili kəndi) — görkəmli ictimai xadim, SSRİ Ali Sovetinin deputatı, Şuşa rayon Partiya Komitəsinin I katibi. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə bigə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.Həyatı
Vaqif Cəfər oğlu Cəfərov - SSRİ Ali Sovetinin deputatı, Şuşa rayon Partiya Komitəsinin I katibi, Dağlıq Qarabağ Vilayəti(DQMV) üzrə təşkilat komitəsi sədr müavini, Azərbaycan Respublikası Sənaye-Tikinti nazirinin müavini vəzifələrində işləyib.

Vaqif Cəfərov 1949-cu ildə aprel ayının 18-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1966-cı ildə Şuşa şəhəri 1№-li orta məktəbini, 1972-ci ild də M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun energetika fakültəsinin bitirmişdir.

1973-ci ildə ordudan tərxis olunaraq, Şuşaya qayıdıb müəyyən dövrlərdə "Şuşa" qəzeti redaksiyasında şöbə müdiri, DQMV Komsomol Komitəsi təşkilat şöbəsində təlimatçı, 1974-1976-cı illərdə Ağdərə rayon komsomol komitəsinin II katibi vəzifəsində işləmişdir.

1980-ci ilədək Azərbaycan Komunist Partiyasının Şuşa rayon Komitəsinin təlimatçısı olmuş, eyni zamanda ictimai əsaslarla partiya komissiyasının sədri vəzifəsində işləmişdi.

1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.

1988-ci ilədək Azərbaycan Komunist Partiyaınsın Dağlıq Qarabağ Vilayət Komitəsində lektor, təlimatçı, şöbə müdirinin müavini, inzibati orqanlar və maliyyə-ticarət şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1988-ci ilin avqust ayından 1991-ci ilin oktyabr ayınadək Vaqif Cəfərov Şuşa rayon Partiya Komitəsinin I katibi vəzifəsində işləmişdir.

1991-ci ilin oktabr ayında Azərbaycan Respublikasının Tikinti- Sənaye nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

1991-ci il noyabr ayının 20-də torpağlarımızın suverenliyi uğrunda apardığı mübarizə zamanı Qarabağda Qarakənd səması erməni düşmənlərimiz tərəfindən vurulmuş Mi-8 vertolyotunda bir çox görkəmli dövlət məmurları ilə birlikdə şəhid olmuşdur.

Vaqif Cəfərov SSRİ Ali Sovetinin deputatı olaraq bir çox işlər görmüşdür. Onun ən böyük xidmətlərindən biri də o idi ki, Şuşaya şəhər statusu vermək üçün təşəbbüs qaıldırmış və tezliklə bu məqsədinə nail olmuşdur.

Vaqif Cəfərovun təşəbbüsü ilə ali məktəblərin fakültələri və eyni zamanda əvvəllər Şüşa şəhərində fəaliyyət göstərməyən bir neçə texnikumların şöbələri açılmışdır.

Xatirəsi
Ağcəbədi rayonundakı məktəblərin birinə və Xəzər dəniz gəmiçiliyinin nəzdində olan gəmilərdən biri "Vaqif Cəfərov"un adını daşıyır.


Tarix: 27.01.2015 / 14:48 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Azərbaycanın müharibələri‎