beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nurəddin Ağahüseynov

Nurəddin Aslan oğlu Ağahüseynov - 20 Yanvar Şəhidi. 1951-ci ildə Neftçala rayonun Həsənabad qəsəbəsində anadan olmuşdur. 8 illik sinifi bitirib, Leninqrad (İndiki Sank-Peterburuq) şəhərində hərbi qulluqda olub. 1972-ci ildə Azərbaycan Yüngül Sənaye Texnikomunu bitirib və müxtəlif sahələrdə işləmişdir. 1990-cı il yanvarın 25-də işdən evə gələrkən sükan arxasında sülh ordusu sayılan Sovet hərbiçiləri tərəfindən atəşə tutularaq qətlə yetirilmişdir. 3 övladı qalmışdır- iki qız, bir oğlan.


1951-ci il dekabrın 15-də Neftçala rayonunun Sovetabad kəndində anadan olub. Rayonun 26-lar qəsəbə yeməkxanasında aşpaz işləmişdir. İki qızı, bir oğlu qalıb: İlahə, Tərlan, Xəyalə. Yanvarın 25-də axşam təxminən saat 19-da işdən evə gələrkən Neftçala mərkəzi univermağının qarşısında öz maşınında yaralanmış, həmin gün xəstəxanada vəfat etmişdir. Nurəddinin ölümü haqqında iki şəhadətnamə çıxarılıb. Birinci şəhadətnamədə göstərilir ki, o öz əcəli ilə ölüb. Qaynatası Əliağa kişinin dediyinə görə Nurəddinin öldürülməsi haqqındakı şəhadətnaməni çox çətinliklə almış, böyük çək-çevirdən sonra kiminsə «saqqalı» altından keçmişdir. Neftçala rayonundakı Sovetabad kəndində, dədə-baba yurdunda dəfn edilmişdir. Həmin kənddə yaşayırdı.


Tarix: 27.01.2015 / 12:55 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Azərbaycanın müharibələri‎