beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ müharibəsi populyar mədəniyyətdə

İncəsənət
Qarabağ müharibəsi haqqında çoxlu sərgilər keçirilmiş, incəsənət əsərləri həsr olunmuşdur.

Ədəbiyyat
Qarabağ müharibəsinə ithaf ədəbiyyat əsərləri və kitablar.

Azərbaycan ədəbiyyatında erməni-müsəlman məsələsində 3 böyük əsərin, Nəriman Nərimanovun “Bahadır və Sona”, Cəfər Cabbarlının “1905-ci ildə” və Cəlil Məmmədquluzadənin “Kamança” əsərlərini adlarını çəkmək olar. Bunlar münaqişə ilə bağlı qələmə alınan dəyərli nümunələrdir.[1]

Son dövrlərdə qələmə alınan çoxlu əsərlər var ki, onlardan Baba Pünhanın "Qarabağ getsə əgər" qəzəlini, Nurəngiz Günün poemalarını, Elçin Hüseynbəylinin hekayələrini, Zahir Əzəmətin, Rasim Qaracanın qələmə aldıqlarını qeyd etmək olar.[1]

Tomas de Vaalın Dağlıq Qarabağa həsr etdiyi “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”, Tomas Qoltzun Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-Rich, War-Torn, Post-Soviet Republic münaqişə haqda bu gün dünya ədəbiyyatında ən populyar mənbələrdən biri hesab edilir.

Musiqi
Qarabağ müharibəsinə ithaf musiqi əsərləri. Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, vətəni tərənnüm edən, vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir. Rep aləmində çevrilisi Dəyirman qrupunun "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə etməyə qadir oldular.


Tarix: 27.01.2015 / 15:36 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanın müharibələri‎