Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babək Aslanov

Həyatı
Babək Aslanov 8 mart 1974-cü ildə Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-1991-ci illərdə Laçın şəhər 1 nömrəli orta məktəbində oxumuş, Bakı Sosial idarəetmə və Politologiya İnstitutunu və Azərbaycan Müəllimlər İnstitutunu, politoloq və praktik psixoloq ixtisasları üzrə bitirmişdir.

2001-ci ildən Laçın Rayon 6 saylı tam orta məktəbində psixoloq vəzifəsinə təyin olunmuşdur. Elə həmin ildə yeni yaradılmış Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın Rayon Şöbəsinin İdarə Heyyətinə üzv və sonra sədr müavini təyin olunmuşdur. 2013-cü ildə fevral ayında keçirilən konfransda İdarə Heyyətinə Şöbə Sədri seçilmişdir.

20 dekabr 2013-cü ildən Laçın rayonu İcra Hakimiyyəti başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qarabağ müharibəsində iştirakı
1991-ci ilin noyabr ayında Laçın rayonunda yerləşən 811-nömrəli hərbi hissəyə xidmətə getmişdir. Həmin dövrdə Laçın, Kəlbəcər və Cəbrayıl rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə hərbi hissə ləğv olunduqdan sonra Laçın rayon Polis şöbəsində işə qəbul olunmuş və Qarabağ uğrunda gedən döyşlərdə polis nəfəri kimi iştirak etmişdir. 1994-cü il 21 aprel tarixdə Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə yaralanmışdır.

Qarabağ Müharibəsi Əlliləri veteranları və şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədridir.

Ailəsi
Ailəlidir, 3 övladı var.


Tarix: 26.01.2015 / 18:16 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Azərbaycanın müharibələri‎
loading...