beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yunis Əliyev

Həyatı
Əliyev Yunis Əsgər oğlu 1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində davam etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına çağırılmış və hərbi xidmətini Tacikistanda başa çatdırmışdı. 1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona üzv yazılmışdı. Erməni quldurlarına qarşı ilk döyüşü Ağdərə bölgəsində olmuşdu. O, 1992-ci il mayın 4-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün "Yaltaxıl" adlı əməliyyat planı hazırlamışdı. Həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün sonra ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli olmuşdular. Elə həmin döyüşdə Yunis erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Onun meyiti 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılmışdı.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Yunis Əliyev 1992-ci il iyunun 16-da doğma Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub.


Tarix: 27.01.2015 / 14:53 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Azərbaycanın müharibələri‎