Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Habil Əliyev (şəhid)

Həyatı
1969-cu ildə Basarkeçər rayonunun Zərkənd kəndində dünyaya gəlib.

1988-ci ilin məlum hadisələri ilə bağlı Naftalanda məskunlaşmışdılar. Habil ordudan tərxis olunandan sonra evlənmişdi, Samir adlı bir oğlu dünyaya gəlmişdi.

O, könüllü ordu sıralarına yazıldı. Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun birinci batalyonunda hərbi xidmətə başladı.

Habil Ağdərə bölgəsi uğrunda gedən vuruşmalarda iştirak etdi. O Aşağı Ağcakənd, Xarxaput kəndləri uğrunda gedən döyüşlərdə iyirmi erməni quldurunu məhv edərək böyük qəhrəmanlıq göstərdi.

Habil Yuxarı Ağcakənd və Gülüstan kəndlərində düşmənin atəş nöqtələrini susdurdu. Bu igid döyüşçü, cəsur əsgər qeyri-adi cəsarətli adam kimi tanındı. O, Maqanz, Meteşen, Moxpataq, Talış kəndlərində baş verən vuruşmalarda da fərqləndi.

Habil Ağdərə bölgəsində, Dranbonda döyüşlərin birində qəhrəmanlıqla həlak oldu. İndi bu igid döyüşçünün qəbri Naftalan şəhərində, Şəhidlər Xiyabanındadır.

Qəhrəman döyüşçü ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir.


Tarix: 24.01.2015 / 17:27 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Azərbaycanın müharibələri‎
loading...