beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmil Mirzəyev

Mirzəyev Cəmil Camal oğlu - Azərbaycan milis işçisi.

Həyatı
Cəmil Mirzəyev 1898-ci ildə Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdu. Şuşa real məktəbini bitirmiş, Gəncə zabitlər məktəbini tamamlamışdı.

Azərbaycan Demokratik Respublikasının milli ordusunda zabit kimi xidmət etmişdi.

Sovet dövründə, 1921-1938-ci illərdə Azərbaycan Fövqalədə Komissiyasında, XDİK və DSİ-də milis, cinayət-axtarış orqanlarında komandir, şöbə rəisi və başqa məsul vəzifələrdə çalışmışdı. 1938-ci ildə qanunsuz əmrləri yerinə yetirmədiyinə görə orqanlardan xaric edilmişdi.

1951-ci ildə vəfat edib.

Mükafatları
Cəmil Mirzəyev Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdi.

Aktyor, rejissor Ceyhun Mirzəyevin atasıdır.


Tarix: 23.01.2015 / 16:46 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycanın müharibələri‎