beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahir Hüseynov

Həyatı
Mahir 1975-ci il sentiyabrın 19-da Quzanlı kəndində anadan olub. 1993-cü ıldə orta məktəbi bitirəndən sonra qısa bir müddətdə kolxozda çalışıb. Həmin il oktyabrın 4-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Əsgərliyinin ilk aylarını əvvəlcə Bakıda, sonra Qusarda - təlim düşərgəsində keçirib.

1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qurub əsgərlə Tərtər bölgəsinə göndərilib. Ağdərə bölgəsinin bir sıra məntəqələrinə kəşfiyyata gedən Mahir dəfələrlə ordumuzun bölmələrini zəruri məlumatlarla təmin edib,işğalçıların planlarını pozub. Çaylı kəndində kəşfiyyatda olanda düşmənin arxasına keçərək ermənilərin 2 tankını, 1 PDM-ni təkbaşına məhv edib.

1994-cü il aprelin 18-də Ağdərənin Həsənqaya məntəqəsi uğrunda gedən döyüşdə minaatan qəlpəsindən həlak olub.

Təltifləri
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mahir Şafa oğlu Hüsenov ölümündən sonra "Döyüş xidmətinə görə" medalı ilə təltif olunub.


Tarix: 23.01.2015 / 17:35 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanın müharibələri‎