beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmsəddin Orucov

Şəmsəddin Əbilhəsən oğlu Orucov - 20 Yanvar Şəhidi.

1950-ci avqustun 2-də Sabirabad rayonun Cavad kəndində anadan olmuş, orta məktəbə Əlibayramlı rayonunun Qazıməmməd kəndində getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə Neftçalaya köçmüş, təhsilini şəhər yeddiillik internat məktəbində davam etdirmişdir. Şəmsəddin Orucov 1968-ci ildə Çingiz İldırım adına APİ-na daxil olmuş, 1973-ci ildə oranı bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Bir müddət Sumqayıtın, daha sonra Bakının trikotaj fabrikində mühəndis vəzifələrində çalışmışdır. Bakıda 1990-ci ildə törədilən qanlı yanvar hadisələri bir çoxları kimi Şəmsəddin Orucovdan da yan keçməmişdir. Yanvarın 23-də gündüz saat 14:20 radələrində hərbiçilər tərəfindən evinin pəncərəsindən atılan güllə nəticəsində həlak olmuşdur. İki uşağı qalıb. Cavad və Kəmalə


Tarix: 27.01.2015 / 13:19 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanın müharibələri‎