beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ənvər Arazov

Həyatı
1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.


Tarix: 24.01.2015 / 16:47 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Azərbaycanın müharibələri‎