Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firudin Şamoyev

Həyatı
1962-ci il 7 fevral Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı.

Döyüşlərdə iştirakı
"N" saylı hərbi hissəyə komandir təyin edilən Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, düşəmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.

Ailəsi
Ailəli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Qazax şəhərindəki məktəblərdən biri qəhrəmanımızın adını daşıyır.


Tarix: 26.01.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanın müharibələri‎
loading...