Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazim Abdullayev (şəhid)

Həyatı
1967-ci ildə Laçın şəhərində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmət keçmişdir. 1992-ci ildə oxuduğu Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq Laçın rayon polis batalyonuna daxil olmuşdur.

Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxmışdır.

Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1993-cü il tarixli 77 saylı fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Laçın rayon polis şöbəsinin polis nəfəri Abdullayev Nazim Xanlar oğlu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir[2].

1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda etmiş, qəhrəmancasına həlak olmuşdur[3].

Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.


Tarix: 27.01.2015 / 12:36 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Azərbaycanın müharibələri‎
loading...