beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərvər Abdinov

Həyatı
Sərvər Abdinov 1974-cü ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1981-ci ildə Alıbəyli kənd orta məktəbinin birinci sinfinə gedib və 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Sənədlərini Bakıdakı Ticarət-Kommersiya məktəbinə verib, qəbul olub. Dekabrın 10-da Zəngilanda baş vermiş hadisələri görən Sərvər məktəbin 2-ci kursundan çıxıb doğma torpağı Zəngilana gəlir. O, rayon hərbi komissarlığına müraciət edir. Respublika hərbi komissarlığının çağırış məntəqəsinə göndərilir. Oradan isə Sərvəri Əli Bayramlı şəhər Respublika Daxili Qoşunlarının hərbi hissəsinə üç aylıq kursa göndərirlər. Təlim müddəti başa çatdıqdan sonra o, Zəngilana göndəriş alır. 30 mart 1993-cü ildə döyüşdə qəhrəmancasına şəhid olub.

"Vətən uğrunda" medalı ilə təltif olunub.

Subay idi.


Tarix: 27.01.2015 / 14:43 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanın müharibələri‎