Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurban Namazəliyev

Həyatı
Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. 1954-1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi, baş mühəndis vəzifəsində çalışmışdı. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdi. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdi. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdi.

1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Ailəsi
Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdu. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.


Tarix: 27.01.2015 / 14:33 Müəllif: Feriska Baxılıb: 122 Bölmə: Azərbaycanın müharibələri‎
loading...