beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kolatağ

Tarixi
Kolatağ kəndi Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Qarabağ silsiləsinin yamacındadır. Əsli Kolatəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır[1].

Kolatağ kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kolatağ kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kolatağ kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Əsl adı Kolatəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gülyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır


Tarix: 26.01.2015 / 17:03 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycanın müharibələri‎