Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firuz Səxavət

Firuz Əmirxan oğlu Məmmədov (d. 23 avqust, 1972, Ağdam) — Xanəndə. Müasir dövrdə Qarabağ muğam ifaçılığı məktəbinin layiqli davamçılarından biri. Muğam tarixinə adı həkk olunmuş Səxavət Məmmədovun qardaşıdır.

Həyatı
Firuz Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur.

1979-1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır.
1985-1990-cı illərdə ilk musiqi təhsilini Xan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur.
1984-1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir.
1990-1992-ci illərdə Hərbi xidmət keçmişdir.
1994-1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır.
2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
2005-ci ildən Azərbaycan Milli Konservatoriyasında xanəndəlik üzrə dərs deyir.
2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən "Qarabağ xanəndələri" adlanan, özündə 24 xanəndənin yaradıcılığını əhatə edən fono və foto materialları cəmləşdirən nəşrdə Firuz Səxavətin də ifası daxil edilmişdir.


Tarix: 23.01.2015 / 17:08 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Azərbaycanın müharibələri‎
loading...