beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mətləb Həsənov

Mətləb Həsənov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Mətləb Həsənov 1962-ci ildə Laçın şəhərinin Qızılca məhəlləsində (əslən Qızılca kəndindəndir ) dünyaya gəlib.

Laçın şəhər 1 №-li orta məktəbini bitirib.

Laçın rayon Qaz idarəsində mühəndis işləyib və mənfur düşmənlərimiz torpaqlarımıza göz dikdiyi andan Laçın könüllü özünümüdafə alayının tərkibində düşmənlərə qarşı mübarizəyə başlayıb, ağır döyüşlərin iştirakçısı olub.

Onu da qeyd edək ki, kəşfiyyatçı kimi Laçın şəhərinə ,Qızılca kəndinə gedib.

1992-ci ilin oktyabr ayının 15- də Tığik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ailəli idi. İki övladı yadigar qalıb.


Tarix: 26.01.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Azərbaycanın müharibələri‎