beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gültəkin Əsgərova

Həyatı
Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1985). Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.

Döyüşlərdə iştirakı
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyul 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur.

Ailəsi
Gültəkin Əsgərova ailəli idi. Bir qızı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür[1].

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Xatirəsi
Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur.
Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.
Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.
Yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.
Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunmuşdur[2].

Ədəbiyyat
Günay Musayeva. "Ağ xalatın işığı". Bütöv Azərbaycan qəzeti. № 04. 18 noyabr 2008-ci il.
Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 99.


Tarix: 26.01.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Azərbaycanın müharibələri‎