beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Novruz Qurbanov

Həyatı
1975-ci il 2 iyun tarixində Ağstafa rayonunda anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.

Döyüşlərdə iştirakı
"N" saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra "Azərbayvcanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağstafa rayonu Göycəli kəndində dəfn edilmişdir.

Göycəli kəndində büstü qoyulmuşdur.


Tarix: 27.01.2015 / 12:38 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycanın müharibələri‎