beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirələkbər İbrahimov

Həyatı
30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində doğulmuşdur. Birinci sinfə burada getmiş sonra Bakı şəhərinə köçmüşlər.

1978-ci ildə Bakı şəhərindəki 158 saylı orta məktəbi bitirmişdir və hərbi xidmətə getmişdir. Daha sonra Bakıda 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi işləyir.

Qarabağda ermənilərin törətdikləri ağılasığmaz vəhşiliklər Mirələkbəri bərk narahat edirdi. O, könüllü olaraq cəbhəyə göndərilməsini xahiş edir.

Döyüşlərdə iştirakı
1993-cü ildə onu yenicə yaradılmış Yasamal taboruna komandir təyin edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Onun son döyüşü 5 mart 1994-cü ildə oldu. Mənfur erməni quldurları iki kəndi işğal etmişdilər əks hücuma keçən cəsur komandirin taboru kəndləri azad edir, Bu döyüşdə faşist ermənilərin gülləsinə tuş gələn Mirələkbər qəhrəmancasına şəhid oldu.

Ailəsi
Evli idi, bir övladı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə dərs dediyi 153 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.


Tarix: 26.01.2015 / 19:05 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanın müharibələri‎