Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir addım (film, 2009) - Məzmun

Məzmun
Film Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Yusifin həyat yoldaşı Nisə ömür-gün yoldaşının göz əməliyyatına pul toplamaq üçün gecə-gündüz işləyir. Belə həyat tərzindən bezən Yusif intihar etmək qərarına gəlir. Lakin qəfil peyda olan qadın obrazında mələk onu ölümdən qurtarır və həyatda gözləri görmədən də yaşamağı ona öyrədir. Sonda Yusifin gözləri əməliyyat edilir və o yenidən işıqlı dünyasına qayıdır.

Film haqqında
"Bir addım" qısametrajlı filmi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran - 2008" müsabiqəsinin qalib kinolayihəsi kimi 2009-cu ildə istehsal olunub.


Tarix: 26.01.2015 / 17:34 Müəllif: Feriska Baxılıb: 83 Bölmə: Azərbaycanın müharibələri‎
loading...