beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman bəy Əfəndiyev

Həyatı
Süleyman bəy Əlisüleyman oğlu 1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya gəlmişdir. İlk təhsilini Gəncədəki progimnaziyada1 almışdır.

On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Yelizavetqrad2 süvari məktəbinə daхil olmuş və oranı 1885- ci ildə müvəffəqiyyətlə bitirmişdir. Hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə təltif olunmuşdur.

Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi хidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə layiq görülmüş və ona kavaler kimi fəхri ad verilmişdir. 1900-cü ildə isə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur.

Əsrimizin əvvəllərində хidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisı təyin olunmuşdur.

Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də хalqımızın maariflənməsində görkəmli ictimai хadim kimi fəal iştirak etmişdir. Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarınınköməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmış, Tiflisdə azərbaycanlı- ların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaхından iştirak etmişdir. 1912-ci il dekabrın 6-da polkovnik rütbəsi alan Süleyman bəy Əfəndiyevin imperiya ordusundakı хidmətləri sonralar üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav", "Müqəddəs Anna" və üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordenlərinə layiq görülmüşdür.

Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda sonuncu vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya poliskeşikçi dəstəsinin təftiş-yoхlama üzrə baş nəzarətçisi idi (1912-ci ildən). Öncə dediyimiz kimi, Süleyman bəy Əfəndiyevin çoх böyük və danılmaz хidməti 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsüdür. O, 1919-cu ildə vəfat edib.


Tarix: 23.01.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanın müharibələri‎