beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiçik Qarabəy

Tarixi
Kicik Qarabəy Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Car Rusiyası Azərbaycanın Şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ (palçıqdan tikilmış barılı məhəllə) adlandırmışdılar. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi.[2].

Kiçik Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kiçik Qarabəy kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kiçik Qarabəy kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.


Tarix: 26.01.2015 / 17:03 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Azərbaycanın müharibələri‎