Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yamən Yusifov

Həyatı
Yamən Yusifov 1924-cü ildə Ağdam şəhərində anadan olub. Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universiteti) hüquq fakültəsini bitirib. 1947-ci ildə keçmiş Əzizbəyov rayon prokurorunun köməkçisi kimi işə başlayıb, sonralar prokurorluq sistemində yüksək vəzifələrdə çalışıb. 1949-1953-cü illər ərizində müxtəlif şöbələrə rəhbərlik edib. 1953-cü ildən 1957-ci ilə kimi Azərbaycan SSR Prokurorluğunda Cinayət məhkəmə nəzarəti şöbəsinin rəisi işləyib. 1957-1962-ci illərdə Azərbaycan SSR prokurorunun müavini vəzifəsində çalşıb. 1962-ci ildən 1982-ci ilə qədər Dövlət Təhlükəsizlik Komitəsində (DTK) aparılan istintaq işlərinə nəzarət üzrə rəhbər şəxs olub.

III dərəcəli dövlət ədliyyə müşaviridir (general). 1987-ci ildən prokurorluq orqanlarından təqaüdə çıxıb.

16 avqust 2013-cü ildə vəfat etmişdir.


Tarix: 23.01.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Azərbaycanın müharibələri‎
loading...