beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeal Nərimanov

Həyatı
İdeal Həmid oğlu Nərimanov 1927-ci ildə Ağdamda anadan olmuşdur. O, Ağdam 1 saylı orta məktəbini bitirib,1944-cü ildə ADU-nun Tarix fakültəsinə daxil olmuş, 1950-ci ildən ali təhsilinin Leninqrad Universitetində davam etdirmişdir. Vətənə qayıtdıqdan sonra İdeal Nərimanov Azərbaycan Dövlət Tarix Muzeyində işləmiş, 1951-1952 illərdə Mingəçevir kompleks arxeoloji ekspedisiyasının üzvlərindən biri olmuşdur.

İdeal Nərimanov 1952-1955 illərdə Moskvada SSRİ EA Arxeologiya İnstitutunun aspiranturasında təhsil almış, 1955-ci ildə "Gəncəçay rayonunun arxeoloji abidələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əsər 1958-ci ildə çapdan çıxmışdır. 1982-ci ildə Tbilisidə "Azərbaycanın ən erkən əkinçi maldar tayfalarının mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

İdeal Nərimanov yazılışı 1966-cı ildə başa çatdırılmış "Azərbaycan arxeologiyası" kitabının aparıcı müəlliflərindən biri olmuşdur. Çoxcildli "Azərbaycan tarixi"nin I cildinin əsas müəlliflərindən biri, nəşrə hazırlanan çoxcildlik "Azərbaycan arxeologiyası"nın cildlərindən birinin müəlliflər kollektivinin rəhbəri idi.

İdeal Nərimanov Bakıda keçirilən "Beynəlxalq arxeoloji və etnoqrafiq" (2000), "I albanşünaslıq" (2001) konfranslarında məruzə ilə çıxış etmişdir.

İdeal Nərimanov 1966-cı ildən ömrünün sonuna kimi Azərbaycanın qədim dövr arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. Bu müddət ərzində 4 doktorluq dissertasiyası və çoxsaylı namizədlik dissertasiyaları hazırlanmışdır.

İdeal Nərimanov uzun illər respublikamızın ali məktəblərində dərs demişdir.

İdeal Nərimanov 2006-cı ildə Bakıda vəfat etmişdir.


Tarix: 23.01.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Azərbaycanın müharibələri‎